Məşhur model də azadlığa buraxıldı - VİDEO


19:17     17 Mart 2017 qalina45.png

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərancamı ilə azadlığa buraxılanlar arsında Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva da var.


Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən "Miss Şarm Azərbaycan-2002"nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.



Femida.az

Açar sözlər:

Oxunub: 6070