DİN axtarışda olan maşınlarla bağlı hesabat yaydı
21:02 10 Avqust 2015
Daxili İşlər Nazirliyi 2000-ci ildən bu yana Azərbaycanda itən maşınların siyahısını təqdim edib.
Nazirliyin saytında verilən məlumatına görə, siyahıdan məlum olur ki, son 15 ildə Azərbaycanda ən çox maşın Bakının Nəsimi rayonunda itib.
Siyahıda hətta 1988-ci ildən bu yana axtarışda olan maşınlara belə rast gəlinir. Siyahıya əsasən, hazırda ümumilikdə ölkə üzrə 2 521 maşın axtarılır.
2000-ci ildən bu yana itmiş maşınların statistikasına əsasən, ən çox axtarılan maşınlar sırasında lider sovet istehsalı olan VAZ markalı avtomobillərdir. Belə ki, 138 ədəd VAZ 2106, 110 ədəd VAZ 2107, 50 ədəd digər VAZ 21-lər axtarılan maşınlar sırasında liderdilər. Daha 16 ədəd Mercedec, 9 ədəd Qazel, 8 ədəd VAZ 2121 (Niva) itmiş maşınlar sırasındadır. İtmiş maşın markaları sırasında az da olsa (1-2 ədəd) BMW, Hunday, Opel, Lexsus, Porşe və s. rast gəlmək olar.
Maşınlar Azərbaycan üzrə ən çox Bakının Nəsimi rayonunda (60) yoxa çıxıb. Bundan əlavə Binəqədidə 53, Nərimanovda 41, Yasamalda 39, Nizami rayonunda 36, Xətaidə 28, Səbayeldə 14, Xəzər rayonunda isə 13 maşın itib.
Azərbaycanın rayonlarında Kəpəz, Sumqayıt üzrə- 5, Abşeron, Masallı, Nizami (Gəncə), Şirvan- 3, Lənkəran, Qusar, Xaçmaz, Kürdəmir- 2, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Cəlilabad, Qəbələ Şamaxı, Mingəçevir, Oğuz, Tovuz rayonlarında isə hərəsində 1 maşın itkindir.
Siyahıya əsasən, ən çox maşın itməsi halı 2014-cü ildə 74 maşının yoxa çıxması ilə qeydə alınıb.
Məlumdur ki, müasir avtomobil oğruları qeyri-qanuni yolla əldə etdikləri maşınların tanınmaması üçün nəinki onların rəngini, ümumi görünüşünü hətta ban nömrələrini belə dəyişdirə bilirlər. Belə oldğuğu təqdirdə bəzi itmiş avtomobillərin tapılması mümkünlüyü sıfıra bərabərdir.
Oxunub: 1325
Oxşar xəbərlər
- DİN-dən əməliyyat: 31 kq narkotik dövriyyədən çıxarıldı
- Din xadimləri bu qədər maaş alacaq - VİDEO
- DİN həbs olunan polkovniklə bağlı məlumat yaydı
- DİN tutulan şəxslərlə bağlı məlumat yaydı - Aralarında yeniyetmələr də var
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
- DİN tutulan şəxslərin FOTOLARINI YAYDI
- DİN məlumat yaydı
- DİN İlhamə Quliyevanın oğlu ilə bağlı məlumat yaydı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır