Hərbçilər icra hakimiyyətindən icazə alacaq
17:57 28 Aprel 2015
Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. APA–nın xəbərinə görə, layihə barədə MM sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Z. Əsgərov bildirib ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılır.
Layihə səsə qoyularaq qəbul olunub.
Femida.az
Oxunub: 844
Oxşar xəbərlər
- Hərbçilər 93 yaşlı prezidenti devirdi
- Hərbçilərin olduğu helikopter qəzaya uğradı
- Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edir
- Hərbçilərimiz Zəhranın 40 mərasimində - FOTO
- Hərbçilərimiz Qazaxıstanda birinci yerə çıxıb - VİDEO
- Hərbçilərimiz Ermənistanı üstələyir - Nazirlik
- Hərbçilər “üzən mina” hədəfinə atəş açdı - VİDEO
- Hərbçilərimiz Qazaxıstana gedib
- Hərbçilərimiz Moskvaya yollandı - Yarışlara qatılacaqlar
- Hərbçilərə `polkovnik` rütbəsi verilib