Keçmiş prokurorlar Ermənistana sığındı


19:36     11 Avqust 2015 100820152217417952323_2.jpg

Türkiyədə Gülən camaatının ən əsas şəxslərindən olan keçmiş məşhur prokurorlar Zəkəriyyə Öz ilə Cəlal Kara Ermənistana qaçıb.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki prokurorun gecə ilə Gürcüstan üzərindən Ermənistana keçdiyi deyilir.

Z. Öz və C. Kara haqqında “cinayətkar qruplaşma yaratmaq”, “qeyri-qanuni yollarla Türkiyə Cümhuriyyəti hökumətini devirmək cəhdi, vəzifədən sui-istifadə etmək”lə ittiham olunurlar.

Eyni cinayətlərə görə ittiham olunan camaata bağlı digər prokuror Mehmet Yüzgeçin harda olduğu dəqiq bilinimr.

Xatırladaq ki, Cəlal Kara və Mehmet Yüzgüç iş adamı Rza Zərrab və nazir uşaqları da aralarında olmaqla bir sıra şəxslər haqda 17 dekabr araşdırmasına başlamışdı. İstintaqın davam etdiyi vaxtda Mehmet Yüzgüç və Cəlal Kara vəzifələrindən kənarlaşdırılmışdılar.

Zəkəriyyə Öz isə 2007-ci ildə başladılan məşhur “Ərgənəkon” işinin prokuroru olub. Onun başlatdığı istintaqın gedişində Baş Qərargah rəisi İlker Başbuğ da aralarında olmaqla bir sıra yüksək vəzifəli hərbçilər haqda cinayət işi açılmışdı.Həmiş şəxslər terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdilər. Lakin AKP hökuməti həmin ittihamların qondarma olduğunu bildirərək hərbçilərin azad edilməsi ilə bağlı qərar çıxarmışdı. Əvəzində isə bu işi başladan prokuror Zəkəriyyə Öz haqqında eyni ittihamlarla cinayət işi açılmışdı.

Açar sözlər:

Oxunub: 863