Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin Qərargah rəisini qəbul edib


21:39     28 Aprel 2015 44444444.jpg

Aprelin 28-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Qərargah rəisi, general-polkovnik İbrahim Yaşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr, kriminogen durum barədə danışıb. Ramil Usubov ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb, bunun əyani təzahürü kimi qardaş ölkənin hərbi tədris müəssisələrində yüzlərlə hərbi qulluqçunun təhsil aldığını xüsusi qeyd edib və bu səfərin də birgə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Nazir transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

İbrahim Yaşar Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdulla Atayın salamlarını daxili işlər nazirinə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 572