Şeyx Vatikanın elçisi ilə görüşdü
19:54 03 May 2017
Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski akkreditasiya müddətinin başa çatması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni ziyarət edib.
Femida.az-ın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə tərəflər Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında mövcud dini-mənəvi əlaqələrin səviyyəsindən məmnunluqlarını dilə gətiriblər.
M. Solçinski QMİ sədrinə onu qəbul etdiyinə görə təşəkkür edib və regionda işlədiyi müddət ərzində şeyxülislam ilə bilavasitə əməkdaşlıq etməkdən xoşbəxt olduğunu söyləyib. Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A.Paşazadə isə Solçinskiyə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə öz təşəkkürünü bildirib, yeni vəzifəsində uğurlar diləyib.
Femida.az
Oxunub: 826
Oxşar xəbərlər
- Şeyxdən Qüdslə bağlı BƏYANAT
- Şeyx Rusiyada Qarabağdan danışdı
- Şeyx Rusiyaya gedir
- Şeyx İspaniyaya gedir
- Şeyx iddialara cavab verdi: `Bunların hamısı iftiradır`
- Şeyxülislam qan verdi
- Şeyx Türkiyəyə səfər edəcək
- Şeyxdən erməni katolikosuna tələb: “Qarabağ qaytarılmalıdır”
- Şeyx xalqı təbrik edib
- Şeyxə Özbəkistandan təbrik məktubu