Sosial ev almaq istəyənlərin nəzərinə: Hamı qeydiyyatdan keçsin!
14:25 01 İyun 2017
“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq. Bəzi vətəndaşlarımız daha qisa zamanda qeydiyyatdan keçməyə çalışırlar”.
Femida.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir:
“Belə ki, sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hamısının qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar”.
Ceyhun Əhmədli
Femida.az
Oxunub: 3576
Oxşar xəbərlər
- Sosial şəbəkədə intim xidmət təşkil edənlərə ağır cəza verildi
- Sosial şəbəkələrdə təhqir hansı məsuliyyətə səbəb olur?
- Sosial sığorta ehtiyatından istifadə ilə bağlı fərman
- Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı
- Sosial müavinət alanların sayı açıqlandı
- Sosial yardım alanların sayı azalıb
- Sosial ev almaq `ASAN`laşdı
- Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA
- Sosial şəbəkələrdə yayılan video köhnədir - Nazirlik açıqlama yaydı
- Sosial mənzillərə qeydiyyat başlayır