Gənclərə sahibkarlıqla bağlı təlim keçiriləcək


22:03     18 İyul 2017 image259.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Vətəndaş İnstitutlarının İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təlimlər təşkil edilir.


Təlimlər 10 avqust 2017-ci ildən 13 avqust 2017-ci il tarixədək Xaçmaz rayonunda təşkil olunacaq. Təlimdə iştirak edənlərin yol, mehmanxana və yemək xərcləri təşkilat tərəfindən ödəniləcək. Təlimlərin yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Təlimlərdə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcəklər. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi
2. CV

Təlimlərdə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 05.08.2017-ci il tarixinədək müraciət edə bilərlər.

Qeyd: Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə üstünlük veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 886