Gürcüstanın Baş Prokurorluğundan Saakaşvili ilə bağlı müraciət
01:25 05 Avqust 2017
Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.
Müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.
“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”, Baş Prokurorluqdan bildirilib.
Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. (APA)
Femida.az
Oxunub: 1027
Oxşar xəbərlər
- Gürcüstanın baş naziri Bakıya gəlir
- Gürcüstanın Azərbaycana nə qədər borcu var?
- Gürcüstanın Azərbaycana olan borcu azalıb
- Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi
- Gürcüstanın baş naziri İlham Əliyevə təşəkkür etdi
- Gürcüstanın birinci xanımının qardaşı saxlanılıb
- Gürcüstanın Baş Qərargah rəisi dəyişdi
- Gürcüstanın telekanalı “Azerspace-1“ peykində
- Gürcüstanın baş naziri Ermənistana gedib
- Gürcüstanın baş naziri Bakıdadır