ABŞ-ın Hyuston şəhəri su altında qalıb


01:30     28 Avqust 2017 abs%20qasirga.jpeg

ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.

Reuters agentliyinin verdiyi xəbərə görə, bunu Hyustonun meri Silvestr Terner bəyan edib

Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.

Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.

Açar sözlər:

Oxunub: 962