Gəncləri ölümə aparan yeni maddə - Narkotikdən 20 dəfə artıq zərərli


16:25     28 Avqust 2017 I335u_1498209334_7733.jpg

Türkiyədə qanunsuz olaraq dövriyyədə olan “skunk” maddəsi gəncləri zombiyə çevirməklə yanaşı, öldürücü təsirə də malikdir.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kristal hissəciklərdən ibarət olan bu həb son dövrlər gənclər arasında sürətlə yayılmaqdadır. Gənclərə 6-24 saat yüksək həzz verən bu maddə həm bağımlılıq yaradır, həm də bəzi məqamlarda ani ölümlərə səbəb olur. “Skunk” adlanan bu həblərin təsir edici gücünün narkotikdən 20 dəfədən də artıq olduğu deyilir.

Avropada çox ucuz qiymətə satılan bu həblərə Türkiyədə “kasıbın narkotiki” də deyilir. Qeyd edək ki, bu həblər skunk adlanan qoxulu bitkidən hazırlanır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3775