İrandan Şimali Koreyaya dəstək


00:30     08 Sentyabr 2017 Kim-Jong-un-and-Hassan-Rouhani-may-have-formed-a-military-alliance-611832.jpg

İran prezidenti Həsən Ruhani Şimali Koreyanın ABŞ-ın təhdidlərindən qorunmaq üçün raket sınaqları keçirmək məcburiyyətində qaldığı fikrini müdafiə edib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, H.Ruhani Ş.Koreyanın öz varlığını davam etdirmək üçün bu yolu seçdiyini bildirib:

“Nüvə silahı əldə etmiş ölkələri təhdid etmək dünya üçün çox böyük təhlükə deməkdir. Problemlərin dialoqla həll edilməsi lazımdır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də Şimali Koreyanın sıxışdırmağın doğru olmadığını bildirmişdi.

Açar sözlər:

Oxunub: 784