İrəvanda atışma: Xəsarət alanlar var


19:17     31 Avqust 2015 1419873352_1711.jpg

Ötən gün axşam saatlarında Ermənistan paytaxtında İrəvanın mərkəzində atışma olub.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, avqustun 30-u yerli vaxtla saat 22:10-da Amiryan küçəsində kütləvi dava, atəş səsləri və xəsarət alanların olmasına dair məlumat daxil olub.

Hadisə yerinə baxış zamanı `Voltran` tipli tapança, bir patron və bir giliz aşkarlanıb.

Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 1116