Yağış yağacaq- Sabahın hava proqnozu
01:09 02 Sentyabr 2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
Femida.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 02-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Sentyabrın 02-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, sentyabrın 03-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Oxunub: 1081
Oxşar xəbərlər
- Yağış, qar, güclü külək - Sabahın havası
- Yağış, külək, qar... - Bu günün havası
- Yağış yağacaq
- Yağış, sulu qar – BU GÜNÜN HAVASI
- Yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
- Yağış, qar... - Sabahın havası
- Yağışlar səngiyəcək
- Yağış, külək, leysan ... - XƏBƏRDARLIQ
- Yağış yağacaq, güclü külək əsəcək
- Yağışlar davam edəcək