Yeni stadion istifadəyə verildi - Azərbaycanda


01:39     02 Sentyabr 2015 top_586767.jpg

Hacıqabulda 450 yerlik təbii ot örtüklü yeni stadion istifadəyə verilib.


Femida.az xəbər verir ki, ikimərtəbəli tribunası olan stadionun soyunma-geyinmə otaqları, duş kabinəsi, kondisionerlə təchiz olunan güləş zalı var. Bir hektar ərazini əhatə edən stadionda, həmçinin idmanın futbol, voleybol, basketbol, həndbol növləri üzrə məşq və yarışların keçirilməsi üçün süni ot örtüklü meydança və yardımçı binalar tikilib.

Yeni stadionun açılış mərasimdə çıxış edənlər ölkəmizdə idman siyasəti və bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər haqqında danışıblar. Mərasimdə bir qrup idmançıya kubok və qiymətli hədiyyələr verilib.

Açar sözlər:

Oxunub: 933