Nazirlik 3 şirkətə lisenziya verdi


03:10     02 Sentyabr 2015 nazirlik.JPG

Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq haqda lisenziya verib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, “Butterfly travel” MMC, “Natali Travel” MMC və “Express-TTS” MMC turizm fəaliyyəti ilə məşğul ola biləcəklər.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə, mehmanxanaların sayı isə 332-ə çatıb.

Açar sözlər:

Oxunub: 398