Neftçalada yanğın


15:26     02 Sentyabr 2015 14275168092032046425_1000x669.jpg

Neftçalada yaşayış evində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Kürkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanaraq sıradahn çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində otaqları yanğından mühafizə etmək mümkün olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 865