Ordumuzdan düşmənə cavab - İki erməni yaralandı


15:33     02 Sentyabr 2015 img1353522.jpg



Sentyabrın 1-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində baş verən atışma nəticəsində 2 erməni hərbçisi yaralanıb.

Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, insident Tavuş rayonu Ayqepar və Çinari kəndində baş verib.

Atışma nəticəsində iki erməni iki hərbçisi yaralanıb. Əvvəlcə onlar Berd şəhər xəstəxanasına, oradan isə hərbi hospitala aparılıblar.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Ertsrun Ovannisyan məlumat verib ki, yaralananlar müddətli hərbi qulluqçular – 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambartsumoviç Qevorkyandır.

Onların vəziyyətinin stabil olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 1287