İcra hakimiyyəti susmaqla günahını etiraf etdi


16:44     02 Sentyabr 2015 1423902596_suama.jpg



Sumqayıt şəhəri 36-cı məhəllə ev 11/22A ünvanında yaşayan 5 ailənin Femida.az-a şikayət məktubu ünvanlaması və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ali Məhkəmənin 05 mart 2015- cil tarixli (iş № 2-1 (102)-16/15) Qərarını yerinə yetirməməsi, vətəndaşlara vurduğu maddi ziyanı ödəməməsi və vətəndaşlara məxsus qanuni sənədləri olan artırma eyvanlarının sökülməsi barədə xəbər vermişdik. Azərbaycan Respublikasının qanunlarına və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi normalara əməl etməyən və açıq surətdə saymazlıq nümayiş etdirən İcra hakimiyyəti başda olmaqla digər məsul işçiləri medianın da suallarını cavablandırmaqdan yayınıb.


Məlum mövzu ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus telefon və mail ünvanlarına dəfələrlə sorğu ünvanlasaq da, suallarımızı cavablandıran olmadı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya şöbəsinin 018 654 09 88 nömrələrinə zəng etdiyimiz vaxt özünü təqdim etməyən şəxs sualımızı dinlədikdən sonra bizə cavab verəcəyini desə də, sonradan telefon zənglərinə cavab verən olmadı. Hətta bizə məxsus nömrədən gələn zənglərə qadağa belə qoyuldu. Bununla da onlar suçlu olduqlarını və susmaqla günahlarının olduqlarını sübut etmiş oldular. Əks halda vətəndaşın və medianın sualını cavablandırmaqla məsələyə aydınlıq gətirə bilərdilər. Xatırladaq ki, İcra başçısının birbaşa sifarişi ilə məhkəmənin qərarı olmadan vətəndaşlara məxsus tikililərin qanunsuz sökülməsini əks etdirən kadrlar mövcuddur.






Görünür, Eldar Əzizov və onun müavinləri sivil şəkildə cavab vermək mədəniyyətinə hələ də sahib deyillər.Qanunvericilikdən xəbəri olmayan məsul işçilərin diqqətinə çatdıraq ki, Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri; Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludur.






Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3587