Nazirliyə 9 min müraciət edildi - BİR AYDA


17:12     02 Sentyabr 2015 14a4c94c21c59a1c77cc19255e9bede7.JPG

Bir ay ərzində nazirliyin “Qaynar xətt”inə 8,9 minə yaxın müraciət daxil olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, 142 - Çağrı mərkəzi tərəfindən avqust ayında 8897 müraciət cavablandırılıb.

Müraciətlərin 3702-i sosial təminat, 2104-ü əmək qanunvericiliyi, 1433-ü elektron xidmətlərindən istifadə, 943-ü tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i məşğulluq məsələlərinə aid olub.

Avqust ayında daxil olan müraciətlərin sayı əvvəlki iyul ayı ilə müqayisədə 8,4 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb. Bu da nazirliyin e-xidmətlərindən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.

Açar sözlər:

Oxunub: 892