Azərbaycanlı alim “Nobel“ mükafatı aldı


18:23     02 Sentyabr 2015 5320.jpg

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən “Alfred Nobel” medalı ilə təltif olunub.


femida.az xəbər verir ki, azərbaycanlı alimə “Texnogen resursların istehsal vasitələrinin renovasiyası elmi məktəbinin yaradıcısı” fəxri adı verilib.

Alim bu mükafata elm və ixtiraçılıq, həmçinin elmi kadrların hazırlanması sahəsindəki səmərəli xidmətlərinə görə layiq görülüb.

Açar sözlər:

Oxunub: 992