100 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs azadlıqda
23:11 22 Noyabr 2017
Bu gün dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Q. Süleymanov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Q. Süleymanov tanışına qarşı ferma almaq adı ilə 100 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 764
Oxşar xəbərlər
- 100 min müsəlman kimsəsiz adaya yerləşdirilir
- 100 milyon insanın həyatı təhlükədə
- 100 məcburi köçkünə yeni ev verildi
- 100 minlik oğurluğa 10 il cəza
- 100-ə yaxın mina zərərsizləşdirilib
- 1000-dən çox sürücü cərimələnib - Sarı zolağa görə
- 1000-ə yaxın sürücü cərimələnib - Sarı zolağa görə
- 100-dən çox obyektdən su nümunəsi götürülüb
- 100 dollar satmaq istədi, tutuldu
- 100 dövlət əmlakı hərraca çıxarılıb