Xızıda yenə hərbi sursat tapılıb


16:16     29 Noyabr 2017 phs_1511943049.jpg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin noyabrın 28-də birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, noyabrın 28-də hərbi hissənin ətrafına baxış keçirilib, 116 ədəd partlamamış hərbi sursat (PHS), 121 ədəd partlamış-yanmış mərmi qalıqları və 573 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 297 000 kv.m (29.70 ha) ərazi yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638