Azərbaycanda aviaşirkət işçisi təyyarənin yük yerində Almaniyaya qaçdı
13:16 11 Dekabr 2017
Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya gəlib.
Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan aviaşirkət əməkdaşı yük təyyarəsi ilə Almaniyada yerə enib.
O, 8 dekabrda Frankfurt-Xan hava limanının uçuş-enmə zolağında saxlanılıb.
Məlumata görə, yük yerində qaçmış kişinin 40 yaşı var. Onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi və yükü olmayıb.
Saxlanılan şəxs Azərbaycana məxsus aviaşirkətlərdən birinin əməkdaşıdır.
İlkin dindirmədən sonra məlu olub ki, həmin şəxs yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib.
O, federal polisə təhvil verilib. Onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi üzrə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 3841
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO