Səyyar ASAN Tovuzda


14:36     11 Dekabr 2017 seyyar_asan_111217.png

Səyyar ASAN xidmət 12-26 dekabr tarixlərində Tovuz şəhərində səyyar formada vətəndaşlara xidmət göstərəcək.


Bu barədə Femida.az-a ASAN-dan məlumat verilib.

Bundan başqa, səyyar avtobuslar 29 noyabr-28 dekabr tarixlərində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunda, 4-28 dekabr Kürdəmir şəhərində, 7-28 dekabr Qazax şəhərində, 9-28 dekabr Abşeron rayonu Hökməli qəsəbəsində, 15-29 dekabr Xəzər rayonu Mərdəkan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti;

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

• Əmək pensiyalarının təyin edilməsi;

• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 624