Bir neçə telefon qovşağı ləğv olunub
13:54 21 Dekabr 2017
“Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində olan bir neçə telefon qovşağı ləğv olunub.
Femida.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Məlumata əsasən, Yasamal, Xətai, Sabunçu, Xəzər, Qaradağ, Nizami Telefon Qovşaqları bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərti ilə ləğv olunduğunu elan edirlər.
Bundan başqa, “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Müəssisənin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçib.
Oxunub: 1789
Oxşar xəbərlər
- Birinci xanım qızları ilə Yeni il şənliyində
- Biri özünü yandırmaq istədi, digəri isə... - Neftçalada iki nəfər intihara cəhd etdi
- Bir qrup əlil evlə təmin olunub
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
- Bir həkim ayağını kəsdi, digəri yerinə tikdi - Video
- Bir ayda 9 min müsəlman öldürülüb
- Bir yumuruqla adam öldürdü - 9 il 6 ay həbs
- Bir neçə oğurluğun üstü açılıb
- Bir manatlıq metal sikkələr buraxıla bilər
- Bir gündə 107 cinayət - 21 nəfər tutulub