Helikopterin vurulma xəbəri yalandır - RƏSMİ


03:45     28 Yanvar 2018 18_01_27_1517082387.jpg

Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatları zamanı Türkiyəyə məxsus hərbi helikopterin vurulması barədə məlumatlar təkzib edilib.


Femida.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib. Məlumatda qeyd olunub ki, Afrində "Zeytun budağı" əməliyyatı zamanı TSQ-nın helikopteri vurulmayıb, yayılan xəbərlər dezinformasiyadır.

Qeyd edək ki, Afrində Türkiyə ordusuna məxsus hərbi helikopterin vurulması barədə məlumatı Rusiyanın "Ria Novosti" agentliyi PYD- YPG mənbələrinə istinadən yayıb.


Femida.az

Açar sözlər: #Afrin   #Affin   #Ordu    

Oxunub: 1118