Hava limanında terrorçu yaxalandı - İstanbula gedəcəkmiş


01:57     04 Mart 2018 2018/03/1520088538_01123_1520093968.jpg

Almaniyanın Frankfurt-na-Mayne şəhərinin ən böyük hava limanlarından birində radikal islamçı saxlanılıb.


Femida.az xəbər verir ki, ilkin məlumatlara görə, həmin şəxs İstanbula uçmağa çalışıb. Alman polisi dövlətin təhlükəsizliyini təhdid edən, terrora xidmət edən şəxsi şübhəli şəxs qismində saxlayıb. Bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti yazır. Qəzetin məlumatına görə həbs olunan vaxtı 28 yaşlı Bilal Qumus Almaniyanın hava limanında tanışlarının əhatəsində olub və ilk reyslə İstanbula getməyi planlaşdırıb. Məlumat Alman hüquq-mühafizə orqanları tərəfindən artıq təsdiqlənib, lakin onun həbsinin təfərrüatı hələ ki, açıqlanmır.

Femida.az

Açar sözlər: #Terorçu   #Alman   #Polis   #İstnabul  

Oxunub: 1387