Mehriban Əliyeva xoşməramlı səfirlə görüşüb


22:15     15 Mart 2018 2018/03/15211150563769810393_1000x669-1521120311_1521122486.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, xanım Marianna Vardinoyannis ilə görüşü olub.


Femida.az xəbər verir ki, görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırıldı və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirildi.

Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edildi, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulandı.

Femida.az

Açar sözlər: #Mehriban-Əliyeva   #UNESCO  

Oxunub: 1443