FHN-nin kursantlarına təlim keçirildi
22:55 05 Aprel 2018
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında aprelin 5-də “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.
Femida.az-ın xəbərinə görə, FHN Akademiyasının kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilib. Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. Akademiyanın rəisi təlim iştirakçılarına uğurlar arzulamış, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.
Çıxış edən digər natiqlər qeyd ediblər ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanmasıdır. Eyni zamanda, həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərildiyini vurğulanmış, bu cür təlimlərin də kursantların qəza-xilasetmə işlərində biliklərinin artırılması və müvafiq vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı söylənib.
Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun baş vermiş ərazidə axtarışı və xilası, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunub.
Təlimə 30 nəfər canlı qüvvə və 7 xüsusi nəqliyyat vasitəsi cəlb edilib, xüsusi təyinatlı xilasetmə alət və avadanlıqlardan istifadə olunub.
Femida.az
Oxunub: 1000
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb