Avtomobil aşdı - Ölən və yaralananlar var


18:48     04 Aprel 2015 qazz.jpg

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 06.00 radələrində Göygöl rayonunun Alabaşlı kəndində Şəmkir rayon sakini Kəmaləddin Qafarov idarə etdiyi “QAZel” markalı avtomobili aşırıb.

 

Nəticədə onun sərnişini, həmyerlisi Səfər Tağıyev hadisə yerində ölüb. Digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 612