Gimnastımız Avropa çempionu oldu


22:22     15 Aprel 2018 18_04_15_1523801625.jpg

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

Femida.az xəbər verir ki, tamblinq yarışında 77,400 bal toplayan idmançımız bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.

Femida.az

Açar sözlər: #idman   #gimnastika   #avropa   #çempion  

Oxunub: 864