Ruslar “Skype”a rəqib yaratdı


13:24     09 İyun 2018 skype-logo-open-graph.png

Rusiya Texnologiyaları Korporasiyası ("Rostex") "Sənayeləşmiş Rusiyanın rəqəmsal sənayesi" konfransında "Skype" proqramının yerli analoqunu təqdim edib.


Femida.az xəbər verir ki, yeni tərtibat AVES-S adını alıb. Dövlət korporasiyası qeyd edir ki, bütün proqram tərtibatı Rusiyada aparılıb. Viruslardan müdafiəni "Kronos" sistemi təmin edir. AVES-S hökumət strukturları üçün nəzərdə tutulub.

Konfrans zamanı sistemin imkanları nümayiş olunub, "Rostex" konfransın keçirildiyi İnnopolis və Sankt-Peterburq şəhəri arasında canlı yayım seansı həyata keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1787