Türkiyə-Azərbaycan sərhəddində 500 mina aşkarlanıb


21:37     06 Sentyabr 2018 2018/09/fdf_1536240110.jpg


“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 74 əməkdaşı Türkiyə-Azərbaycan sərhəddində minatəmizləmə əməliyyatlarında iştirak edir”.


Femida.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova deyib.

Onun sözlərinə görə, indiyə kimi Türkiyə-Azərbaycan sərhəddində həyata keçirilmiş əməliyyatlar nəticəsində 15 000 kvadratmetr ərazi təmizlənib, 500 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib.

S.Sərkərova ANAMA-nın başqa ölkələrdə də minatəmizləmə əməliyyatlarında iştirak edəcəyinin gündəmdə olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 261