Parlamentdə Avropa Oyunlarının azarkeşi kimlərdir?


17:17     14 May 2015 milli%20meclis2.jpg


Millət vəkilləri hansı ölkəyə azarkeşlik edəcək?


Möhtəşəm idman yarışmasına 29 gün qaldı

Bakı - 2015 ilk Avropa oyunları ölkəmiz üçün böyük hadisədir. Bu səbəbdən də mötəbər idman yarışmasında idmançılar, həmçinin tamaşaçılar, hər kəs diqqət mərkəzindədir.

Bəs Bakı 2015 Avropa Oyunlarına Parlament nümayəndləri necə qatılacaq?

Millət vəkili Fərəc Quliyev :

” Əlbəttə, hamı kimi məndə də oyunlara maraq böyükdür. İlk olaraq, Azərbaycan vətəndaşı kimi ölkəmizin iştirak etdiyi idman növlərinə azarkeşlik edəcəyəm. Özüm sambo üzrə idman ustasıyam.Güləş növlərinə xüsusi marağım var. Azərbaycandan sonra türkdilli ölkələrin idmançılarının çıxışları mənə maraqlıdır. Açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm.”

Millət vəkili Sabir Rüstəmxanlı:

” Şübhəsiz ki, azarkeşlik etdiyim ölkə Azərbaycandır. Açılış və bağlanış mərasimlərində iştirak edəcəyəm. Daha çox uğur gözlədiyim idman növləri güləş və boks idman növləri üzrədir. Özümün də bu idman növlərinə marağım böyükdür. Bütün idmançılarımıza uğurlar arzulayıram.”

Millət vəkili İqbal Ağazadə :

” Azərbaycandan başqa heç bir ölkəyə azarkeşlik etmirəm. Harada bayrağımız varsa, orada biz olmalıyıq. Hər dəfə bayrağımız dalğalananda fərəh hissi məni boğur. Özüm də yarışları yaxından izləyəcəm. Bu çox əlamətdar bir yarış olduğu üçün hamımızın iştirakı vacibdir.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 980