Sankt-Peterburqda azərbaycanlı qətl törədib


19:10     14 May 2015 azərbaycanlı%20qətl%20tör.jpg

Sankt-Peterburqun Nevskiy rayonunda azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib


Femida.az-ın “newdaynews.ru” saytına istinadən verdiyi məlumata görə, ağır bıçaq zərbələri almış 33 yaşlı şri-lankalı bir gün əvvəl səhər saatlarında Şlisselburq prospektində yerləşən binalardan birindəki mənzildə aşkar edilib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona arteriyanın yüngül zədələnməsi ilə müşayiət olunan çiyin yarası, ürək yaxınlığında döş qəfəsinin zədəsi və ağ ciyərin deşilməsi diaqnozu qoyulub. Lakin yaralı bir neçə saat sonra ölüb.

Hadisədə şübhəli bilinən 49 yaşlı işsiz azərbaycanlı saxlanılıb. Saxlanılan şəxs polisə onun evində qonaq olan şri-lankalıya bıçaqla hücum etdiyini etiraf edib. Faktla bağlı qəsdlə adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 691