Sentyabrda Azərbaycanda pul kütləsi artıb


20:12     26 Oktyabr 2018 pull.jpg

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin oktyabrın 1-nə 23 mlrd. 146,4 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 12,7 mln. manat və ya 9,52% çoxdur.

Azərbaycan Mərkəzi Bankından Femida.az-a verilən məlumata görə, eyni zamanda 2018-ci ilin avqust ayı ilə müqayisədə sentyabrda geniş mənada pul kütləsi 714,8 mln. manat və ya 3,2% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 mlrd. 34,4 mln. manat və ya 17,75% artaraq 2018-ci il martın 1-nə 13 498,9 mln. təşkil edib.

Açar sözlər:

Oxunub: 402