Ofisiantlar, bərbərlər, dərzilər... - Nə qədər vergi ödəyəcək?


15:03     19 Noyabr 2018 2018/03/manat1_1522411998.jpg


Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb ediləcək.


Femida.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Belə ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.
Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1958


Oxşar xəbərlər