Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı - Hər gün işə çıxır...
14:36 22 Noyabr 2018
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Femida.az xəbər verir ki, Unikal.org–a Abel Məhərrəmovla bağlı maraqlı məlumat daxil olub. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.
Femida.az
Oxunub: 1234
Oxşar xəbərlər
- BDU rektorunun müşavirinin ifadəsi: “O, Abel Məhərrəmovu borca görə məhkəməyə verəcəyini dedi”
- Abel Məhərrəmov haradadır?
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən azad edildi
- Abel Məhərrəmov və Əli Abbasov toya görə cərimələndi
- Abel Məhərrəmovun vəziyyəti pisləşdi - Reanimasiyaya yerləşdirildi
- Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi - Nazirlik təsdiqlədi
- "Abel müəllimin oğlu da bizimlə idi" - Şeyx ilk dəfə yazılanlardan danışdı
- Mir Şahindən ŞOK açıqlama: "Abel Məhərrəmov və deputat bir yerdə içdi"+VİDEO
- İşdən çıxarılan Abel Məhərrəmovdan İLK AÇIQLAMA: "Şoudan əl çəkin!"
- Abel Məhərrəmovun 1 həftə vaxtı var