Xalasının ərini yumruqla öldürən "Kürd Vüqar" apellyasiya şikayəti verib


14:04     24 Noyabr 2018 2018/11/D73DF87E-282A-4F14-B032-AAEF0476F340_1543053197.jpeg

Abşeronda xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən, "Kürd Vüqar" ləqəbli ilə tanınan Vüqar Hüseynovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Femida.az "Report"a istinadən xəbər verir ki, V.Hüseyovla yanaşı, zərərçəkmiş tərəf də apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

"Kürd Vüqar" cəzasının yüngülləşdirilməsini, zərərçəkmiş tərəf isə təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyir.

Məhkəmənin iclası dekabrın 5-nə təyin edilib.

Apellyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1123