Tehranda kütləvi istefalar başladı - Siyahıda İranın Türkiyədəki səfiri də var
20:49 25 Noyabr 2018
İranda təqaüdçülərin dövlət qulluğunda fəaliyyət göstərməsini qadağan edən qanun layihəsinin qüvvəyə minməsi ilə ölkədə bir çox vəzifəli şəxs istefa verib.
Femida.az “DHA”ya istinadən verdiyi xəbərə görə, istefa verənlər arasında İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian Fard da var.
Qeyd edək ki, yeni qanunun qəbulundan sonra dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib.
İstefa verən prezidentin qadın köməkçisi Şahindoht Molaverdi yazılı açıqlamasında Milli Məclisin qəbul etdiyi qanun layihəsini sərt şəkildə tənqid edib.
Bundan başqa, 31 vilayətdən 14-nün valisi də istefa verib.
Oxunub: 647
Oxşar xəbərlər
- Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
- Tehranda partlayış olub - VİDEO
- Tehranda partlayış: 6 nəfər ölüb
- Tehrandakı partlayışda 19 nəfər ölüb, saxlanılanlar var
- Tehranda partlayış olub
- Tehranda it gəzdirmək qadağandır
- Tehrandan İrəvana qəti tələb: Buna son qoy!
- Tehranda Qarabağ müzakirəsi - Məmmədyarov və Şərif nə danışdı?
- Tehranda it gəzdirmək qadağan edilib