Cənubi Koreyada vertolyot qəzası - Ölən və yaralananlar var


15:49     01 Dekabr 2018 2018/12/426BEA0F-BDC0-4FE8-BB2A-26E522F4610B_1543665117.jpeg

Cənubi Koreyada vertolyot qəzaya uğrayıb.

Femida.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzaya uğrayan Кa-32 vertolyotunun meşə yanğınlarının söndürülməsi üçün istifadə olunduğu bildirilir. 1997-ci il Rusiya istehsalı olan vertolyotun göyərtəsində ümumilikdə 3 nəfərin olduğu bildirilir.

Məlumata görə, vertolyot yanğını söndürmək üçün su götürməyə enərkən çaya düşüb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 533