2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi Bakıda müzakirə olunur
11:14 15 Dekabr 2018
Bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir.
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Oksford Universitetinin professoru Daniel Susskind deyib.
Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:
"Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür".
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi də konfransda çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxunub. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir.
X.Alxadi bildirib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir. BƏT təmsilçisi qeyd edib ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var: "Onların çoxu işsizdir. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir".
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- 2020-ci ildə əmək qanunvericiliyi 955 dəfə pozulub
- 2020-ci ildə Azərbaycana nə qədər əcnəbi gəlib? - Statistika
- 2020-ci ildə dünyada 83 jurnalist öldürülüb
- 2020-ci il üzrə pensiya yaşı açıqlandı
- 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib
- 2020-ci ilin sonuna kimi bütün ölkə icbari tibbi sığorta sisteminə keçəcək
- 2020-ci ilin iş vaxtı norması
- 2020-ci ilin dövlət büdcəsi təsdiqləndi
- 2020-ci il dövlət büdcəsi qəbul edildi