Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb
16:32 02 Yanvar 2019
Hazırda respublikada 1621 hemofiliyalı xəstə qeydiyyatdadır. Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Azvision.az -a bildirib ki, Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır.
Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub:
"Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub".
Şöbə müdiri qeyd edib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə ödənişsiz təmin olunurlar: "İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman preparatları ilə təminatını öz üzərinə götürüb".
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib