1 toyuğa görə 3 nəfər öldü


22:29     23 Oktyabr 2015 toyuq_cuce_0000.jpg

Türkiyədə trajikomik cinayət baş verib


Türkiyənin Osmaniyyə bölgəsində dəhşətli cinayət baş verib. Düziçi qəsəbəsində yaşayan Bekmezli ailəsindən bir gündə 3 nəfər cinayətə qurban gedib. Belə ki, qonşuluqda yaşayan qohumlar arasında mübahisə yaşanıb.

Qohumlardan birinin toyuğu digər qonşunun həyətinə keçib. Aralarındakı soyuq münasibətə görə hər an yaşanacaq davaya, həyətə girən toyuq bəhanə olub. 27 yaşlı Aysel, həyətə girən qohumu 22 yaşlı Hüseyni ov tüfəngi ilə vurub. Köməyə gələn 23 yaşlı Murad isə Ayseli vurub. Hadisə nəticəsində Murad da yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Cinayət işi ilə bağlı araşdırma davam edir.

Açar sözlər:

Oxunub: 1328