10 kiloqramdan artıq marixuana tapıldı (FOTO)
19:11 30 Dekabr 2017
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Mikayıl Bağırov narkotik vasitə olan marixuananı şərti alıcıya 125 manata satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Qiyamadınlı kənd sakini Qəzənfər İsmayılov da saxlanılıb. Polis əməkdaşlarının apardıqları profilaktik söhbətlər nəticəsində o, evində gizlətdiyi narkotik vasitəni təhvil verməyə razı olub. Yaşadığı evdə ayrı-ayrı yerlərdə torbalarda, kibrit qutularında və bükülü halda olan külli miqdarda narkotik vasitəni könüllü surətdə polis əməkdaşlarına təqdim edib.
Ekspertizaya təqdim olunan həmin narkotikanın ümumi çəkisinin 10 kiloqramdan artıq marixuana olması barədə rəy verilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Femida.az
Oxunub: 835
Oxşar xəbərlər
- 104 yaşlı çeçen qadını Kərbəla adına Gədəbəyə göndərdilər
- 10 mənzili təkrar 11 nəfərə satan şəxslər həbs edilib
- 100 min müsəlman kimsəsiz adaya yerləşdirilir
- 100 milyon insanın həyatı təhlükədə
- 10 cinayət “isti izlər”lə açılıb
- 100 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs azadlıqda
- 10 ildə vergi daxilolmaları 7 dəfəyədək artıb
- 100 məcburi köçkünə yeni ev verildi
- 10 cinayət “isti izlər”lə açılıb
- 10 yaşlı uşaq faciəvi şəkildə öldü