AZAL-ın prezidenti təyyarə qəzalarından danışdı
17:33 12 Mart 2019
“Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır.
AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirib ki, “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.
Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyərə gətiriləcək.
“Biz “Boeing” korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq”, – deyə Cahangir Əsgərov bildirib.
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.
Oxunub: 613
Oxşar xəbərlər
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq
- AZAL-ın təyyarəsi Qarabağın beynəlxalq hava limanında ilk eniş edib
- AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib
- AZAL-ın “qara siyahı”sında 130 nəfər var
- AZAL-ın təyyarəsinin mühərrikə quş girib, reys təxirə salınıb
- AZAL-ın təyyarəsinin pəncərəsi sındı - Uçuş 12 saat ləngidi
- AZAL-ın təyyarəsi quşla toqquşdu
- AZAL-ın 29 ölkəyə birbaşa reysi var
- AZAL-ın işdən qovduğu əməkdaşı transseksualdan üzr istədi