İyunun 23-də qəbul imtahanı keçiriləcək
16:42 14 İyun 2019
İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
Femida.az
Oxunub: 503
Oxşar xəbərlər
- İyunun 27-dək rayonlarda şimşək çaxacaq, güclü külək əsəcək
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- İyunun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
- İyunun 15-dən çimərlik mövsümü başlayır
- İyunun 1-dən quru sərhədlər açılır? - TƏBİB rəsmisindən AÇIQLAMA
- İyunun 28-i avtobuslar işləyəcək? - Rəsmi açıqlama
- İyunun 23-ü bütün təqaüdlər ödəniləcək
- İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır
- İyunun 10-dan məscidlər açılır
- İyunun 1-dən “Lider” TV-nin yayımı dayandırılır