Məşhur aktrisa hicablı qadınları təhqir etdi – FOTOFAKT


14:36     12 Noyabr 2015 melek%20b.jpg

Məşhur aktrisa Melek Baykal hicablı qadınlarla birlikdə çəkdirdiyi fotonu sosial mediada paylaşıb. Aktrisa paylaşdığı fotoda hicablı qadınların ünvanına xoşagəlməz sözlər yazıb. Paylaşıma görə ciddi tənqidlər alan aktrisa bir qədər sonra hesabını bağlamaq məcburiyyətində qalıb.


Yozqat şəhərində səyahətdə olan Melek Baykal hicabla bağlı narahatlığını yenidən dilinə gətirməli oldu.

Aktrisa özü ilə xatirə fotosu çəkdirən hicablı qadınlar əleyhinə xoşagəlməz sözlər yazıb. O, 100 il əvvəl həmin ərazidə yaşayan qadınların indikindən daha mədəni olduğunu və daha səliqəli geyindiklərini bildirib.

“100 il əvvəl çəkilmiş fotolardakı qadınlar daha mədəni və səliqəli görünürlər. Həmin qadınlar son dərəcə gözəl qiyafələri ilə insanın üzünə gülümsəyirlər. Biz nə vaxt və niyə bu qədər geriyə getdik? Bu suala cavab tapa bilmirəm”.

Femida.az həmin paylaşımı sizə təqdim edir:



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2271