Hakimliyə namizədlərin test imtahanı keçiriləcək


21:30     09 Sentyabr 2019 2019/09/C0188E4D-2274-4270-A5D1-16368D7FB213_1568050779.jpeg

Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən Femida.az -a verilən məlumata görə, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edən namizədlər iştirak etməlidirlər. Sentyabrın 13-dən həmin namizədlər tərəfindən “İmtahana buraxılış vərəqəsi” Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək, şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etmək lazımdır. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 569